İştirakın üstünlükləri

Sərgilər müəssisənin marketinq strategiyasında xüsusi yer tutur. Heç bir kommunikasiya vasitəsi fərdi surətdə bu cür istifadə oluna bilməz və heç bir yerdə insana verilmiş bütün beş hissdən (görmə, eşitmə, dadbilmə, iybilmə, və lamisə) istifadə edərək müştəridə informasiyanın əldə edilməsinə olan ehtiyacı yaratmaq və ya artıq mövcud olan ehtiyacı təmin etmək üçün, müştəri ilə bu cür birbaşa ünsiyyət yaratmaq mümkün deyil.

İxtisaslaşdırılmış sərgi bütün sənaye sahəsinin nümayəndələri üçün görüş yeridir və burada demək olar ki məhdudiyyətsiz imkanlar təklif olunur. Alıcıya daha yaxın olmaq - müvəffəqiyyətin strateji amillərindən biri sayılır və bu artıq həm beynəlxalq, həm də daxili bazarda ən əsas mövqeyə çevrilir. Sərgidə iştirak etməyin digər bir üstünlüyü isə daimi müştərilər ilə əlaqələrin qorunub saxlanılmasıdır. Sərgi ekspozisiyalarında aparılan araşdırmalar göstərir ki, sərgilərin eksponatları bütün digər vasitələr ilə müqayisədə alış- verişə öz təsirini altı dəfə daha çox göstərir və hər hansı elan ilə müqayisədə bu eksponatlar yaddaşlarda daha çox qalır. Statistikaya əsasən, alış üzrə məsul şəxslərin 57%-i məhsul və xidmətləri sərgilərdə əldə edirlər. Sərgiyə gələnlərin 90%-i isə hər hansı məhsul və ya xidmətin alınmasına qəti qərar vermək üçün sərgilərdə əldə etdikləri məlumatlardan istifadə edirlər.

Sərgidə iştirak etməyin üstünlüyü təkcə hədəf qrupların deyil, eləcə də KİV və dövlət strukturlarının diqqətinin hər hansı müəssisənin məhsullarına cəlb etmək, habelə digər vasitələr ilə müqayisədə daha az məsrəf sayəsində hədəf qrupun çoxlu sayda üzvləri ilə görüşmək və onlarla yüksək keyfiyyətli əlaqələr qurmaqdan ibarətdir.

Sərgilər potensial müştəri və təchizatçı arasında təkbətək ünsiyyət sayəsində satışın birbaşa aparılması kimi daha bir müsbət xüsusiyyətə malikdir. Sərgilərdə biznes qurmaq üçün sərf olunan maddi vəsait ənənəvi birbaşa satış metodu ilə müqayisədə təxminən iki dəfə (45%) azdır. Sərgiyə xərclənən ümumi məsrəfləri sərginin ümumi ziyarətçiləri arasında bölməklə yaranan orta dəyər, reklamın hər hansı digər növləri ilə müqayisədə xeyli aşağıdır.

Ümumilikdə, sərgilər öz iştirakçılarını aşağıda qeyd olunmuş üstünlüklərlə təmin edir:
  • Sərgi və yarmarkalarda özünü reklam etmək vasitəsi ilə hədəf auditoriya ilə əlaqələrin qurulması dəyəri digər reklam yerləşdirmə kanalları ilə müqayisədə kifayət qədər ucuzdur
  • Sərgidə özünə məxsus əlaqələrin yaradılması əhəmiyyətli dərəcədə yüngülləşir: burada həm Siz, həm də sizin potensial müştəriləriniz, habelə rəqibləriniz, belə desək,neytral zonada yerləşir
  • Sərgilər yeni məhsullara olan tələbatı öyrənmək, həmçinin rəqiblərinizin fəaliyyətini tədqiq etmək üçün ideal məkandır
  • Sərgilər yeni xarici bazarlara daxil olmağa, diler şəbəkəsini formalaşdırmağa, effektiv şəkildə yardım göstərə bilər
  • Sərgilər yeni məhsulları iş başında və birbaşa nümayiş etdirməyə imkan verir
  • Sərgilərdə KİV nümayəndələrinin iştirakı, PR materiallarının hazırlanması və bu sahədə işi əhəmiyyətli dərəcədə yüngülləşdirir
  • Sərgidə iştirak etməklə Siz qısa vaxt ərzində bazarın kifayət qədər böyük hissəsini əhatə edə bilərsiniz
  • Sərgilər biznes üçün istehsalçıları, pərakəndə və topdansatış şirkətlərini, təchizatçıları bir-biri ilə birləşdirən və onları yeni əlaqələrin qurulması üçün rəqabətə davamlı məkan ilə təmin edən bir körpü rolunu oynayır
  • Sərginin keçirildiyi müddətdə onun ərazisində və ətrafında qısa zaman ərzində ən yaxşı intellektual və material resurslar bir araya gəlir

TƏRƏFDAŞLAR

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN