Yusif Məmmədli, regional nümayəndə, BIOWORKS
2007-ci ildə Münhendə yaradılan şirkətimiz sonradan texniki və digər ehtiyaclar üçün istifadə edilməsi məqsədilə kanalizasiya və sənaye sularının təmizlənməsi ilə məşğul olur.
"Su Təsərrüfatı" beynəlxalq sərgisində "BIOWORKS" şirkəti unikal bir cihaz – OXIWORKS və OXIRISE yarı sualtı və üzən aeratorların patentləşdirilmiş sistemini təqdim edir. Bu cihazlar və konstruksiya həndəsəsinin dəyişdirilməsi sayəsində biz tikinti, istismar və enerji istehlakı mərhələsində 40%-ə qədər qənaət əldə etdik. Aeratorlarımız həmçinin dəyişdirilmə tələb etmədiyi üçün unikaldır. Hər hansı qəza halında onlar effektiv şəkildə təmir olunur və zəmanətlə işləməsi davam edir.
Şirkətimiz Azərbaycanda üç layihə həyata keçirib. Şahbuz və Şamaxıda uzadılmış aerasiya sistemi, Naxçıvanda isə MBR sistemini qurmuşuq. Bundan əlavə, "BIOWORKS" iyirmi ölkədə yüz qırxa yaxın layihə həyata keçirib.
"Su Təsərrüfatı" beynəlxalq sərgisi yüksək səviyyədə təşkil olunub. Lakin növbəti illərdə sərginin miqyasını artırmaq lazımdır, çünki su qıtlığı problemi Azərbaycan üçün də aktuallaşmışdır. Sərgidə öz texnologiya və avadanlıqlarını təklif edən mümkün qədər çox Avropa istehsalçısı və şirkətini görmək istərdik. Təəssüf ki, hazırda belə şirkətlər azdır.