"Tunel Tikinti Servis"şirketi: Su ehtiyatlarının tükənməsi təkcə sərgilərdə müzakirə olunmamalıdır

"Tunel Tikinti Servis"şirketi: Su ehtiyatlarının tükənməsi təkcə sərgilərdə müzakirə olunmamalıdır

11 sentyabr 2025 0000

Şahin Orucov, Tunel tikinti servis MMC-nin İnsan resursları üzrə meneceri
Şirkətimiz ikiildir ki busərgidə təmsil olunur. Bu dəfə biz üç müxtəlif şirkətlə çıxış edirik. Onlardan ikisi podratçı şirkətlərdir və əsas fəaliyyət sahələri su və kanalizasiya xətlərinin çəkilməsi, ümumi tikinti işlərinin həyata keçirilməsidir. Digər şirkətimiz – SMER isə nəqliyyat vasitələrinin təklifi və icarəsi üzrə fəaliyyət göstərir.

Sərgidə iştirakımızın əsas məqsədi yeni layihələrin əldə olunması, eyni zamanda şirkətlərimizin fəaliyyət sahələrinin tanıdılmasıdır. Lakin bu cür tədbirlər təkcə kommersiya məqsədlərinə xidmət etmir. Burada müasir dünyanın üzləşdiyi ən ciddi problemlərdən biri olan su ehtiyatlarının tükənməsi məsələsi də aktuallıq kəsb edir.

Bu gün nəinki dünyada, elə Azərbaycanın özündə də su qıtlığı ciddi təhlükə kimi qarşımızdadır. Məşhur Urmiya gölünün quruması bunun bariz nümunəsidir. Belə hallar su ehtiyatlarının tükənməsinin təkcə ekoloji deyil, həm də sosial və iqtisadi baxımdan gələcək nəsillər üçün böyük təhlükə yaratdığını göstərir.

Mən hesab edirəm ki, bu mövzular yalnız sərgi çərçivəsində müzakirə olunmamalıdır. İldə bir neçə dəfə, hətta bu səviyyədə olmasa da, müxtəlif formatlarda — konfranslar, seminarlar, ictimai debatlar və regional tədbirlər şəklində bu problemlərin gündəmdə saxlanması çox vacibdir. Belə təşəbbüslər həm Azərbaycanda, həm də beynəlxalq miqyasda ekoloji təhlükələrə qarşı maarifləndirmə və birgə həll yollarının axtarışı üçün faydalı ola bilər.

Bu baxımdan, bu gün iştirak etdiyimiz sərgi çox dəyərli bir platformadır. Burada həm texniki yeniliklər, həm də qlobal çağırışlar barədə fikir mübadiləsi aparmaq mümkündür. Bu kimi tədbirlər davamlı şəkildə təşkil olunduqca, həm sənaye, həm də cəmiyyət olaraq daha dayanıqlı bir gələcəyə doğru irəliləyə bilərik.


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN