Honqvey Canq, “Swell Technology” şirkətinin satış meneceri
Biz bu sərgidə iştirak etməkdən çox məmnunuq! Burada təşkilatçılıq yüksək səviyyədədir, iştirakçıların peşəkarlıq səviyyəsi yüksəkdir və boru kəmərlərinin diaqnostikası sahəsində ixtisaslaşmış bir şirkət kimi bizim üçün bu sərgi çox faydalıdır. Artıq yerli şirkətlərlə bir sıra faydalı görüşlər keçirmişik və əməkdaşlığa marağımız artıb.
Biz Çinin Şençjen şəhərindən gəlmişik və boru kəmərlərinin yoxlanılması, təmiri və təmizlənməsi üçün robotlaşdırılmış sistemlərin istehsalı ilə məşğuluq. Həllərimiz həm su təchizatı, həm də kanalizasiya sistemlərində tətbiq olunur.
Sərgidə məqsədimiz Azərbaycanda potensial tərəfdaş və ya agent tapmaqdır. Biz artıq Qazaxıstan, Özbəkistan və Rusiya bazarlarında təcrübə qazanmışıq və indi bu təcrübəni Azərbaycan bazarında da tətbiq etmək istəyirik.
Robotlarımız kameralar və sensorlarla təchiz olunub ki, bu da boru daxilində sızmaların, zədələrin və digər nasazlıqların aşkarlanmasına imkan verir. Biz həmçinin aşkar edilmiş problemlərin aradan qaldırılması üçün avadanlıqlar təklif edirik — yəni diaqnostikadan təmirə qədər tam bir dövr təqdim edirik.
Belə sərgilər texniki cəhətdən mürəkkəb və yüksək ixtisaslaşmış sahələrdə təcrübə mübadiləsi və tərəfdaş tapmaq üçün əla fürsətdir. Sərgi göstərdi ki, Azərbaycanda su ehtiyatlarının qorunması və onların səmərəli istifadəsi məsələlərinə böyük önəm verilir. Düşünürəm ki, bu sərgidə gələcək biznes tərəfdaşlarımızı tapacağıq.