“Shanghai Kajouan Pump” şirkəti: Su təchizatı sahəsinə artan maraq

“Shanghai Kajouan Pump” şirkəti: Su təchizatı sahəsinə artan maraq

11 sentyabr 2025 0000

Qavin Canq, “Shanghai Kajouan Pump” şirkətinin satış meneceri

Mən ilk dəfədir ki, Bakıda keçirilən sərgidə iştirak edirəm və deməliyəm ki, təəssüratlarım çox müsbətdir. Atmosfer işgüzardır, iştirakçılar fəaldır, mövzular isə olduqca aktualdır. Xüsusilə xoşdur ki, burada müxtəlif sahələrdən olan şirkətlər təmsil olunub: tikinti sahəsindən tutmuş mühəndis məsləhətlərinə qədər. Bu, sahə ilə kompleks şəkildə tanış olmaq, məsələləri və perspektivləri analiz etmək imkanı yaradır.

Mən su təchizatı ilə bağlı sahədə çalışdığıma görə burada təqdim olunan hər bir şey mənim üçün maraqlıdır. Sərgidə bu mövzu ilə birbaşa və ya dolayısı ilə əlaqəli bir çox şirkət gördüm — istər binaların layihələndirilməsi, istər infrastruktur, istərsə də mühəndis-kommunikasiya şəbəkələri olsun.

Artıq bir sıra iştirakçılarla tanış olub, mümkün əməkdaşlıq məsələlərini müzakirə etmişəm. Azərbaycanda yerli partnyorlarla əlaqə qurmaq və gələcək perspektivləri müzakirə etmək maraq dairəmdədir. Hər bir sərgi yalnız texnologiya və innovasiyaların nümayişi üçün deyil, həm də beynəlxalq əlaqələrin qurulması üçün mühüm platformadır. Bakı sərgisi mənim üçün bu baxımdan bütün gözləntiləri doğrultdu. Azərbaycanla əməkdaşlıq üçün baza artıq formalaşıb. İndi isə — irəliyə doğru addımlar!


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN