Protean Constuction: "Baku Water Week" gələcəkdə birgə layihələrin formalaşmasına şərait yaradır

Protean Constuction: "Baku Water Week" gələcəkdə birgə layihələrin formalaşmasına şərait yaradır

10 sentyabr 2025 0000

Nicat Əzizov, "Protean Construction" şirkətinin iqtisadi məsələlər üzrə sədr müavini 

Biz bu gün 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgisi – "Baku Water Week"-də  Protean Construction şirkəti adından iştirak edirik. Şirkətimiz su-kanalizasiya, beton işləri və ümumilikdə tikinti sahəsində geniş fəaliyyət göstərir. Hal-hazırda Qubadlı, Füzuli, Şuşa, Xankəndi və Bakı şəhərləri ilə yanaşı, ətraf rayonlarda da layihələr həyata keçiririk.

Bu sərginin ən böyük üstünlüyü ondan ibarətdir ki, müxtəlif şirkətlər burada bir araya gəlir, yeni məhsul və texnologiyalarla tanış olur, qarşılıqlı münasibətlər qururlar. Bu isə gələcəkdə birgə layihələrin formalaşmasına şərait yaradır.

Eyni sahədə fəaliyyət göstərən şirkətlərin bir məkanda toplanması qlobal problemlərin, o cümlədən su təchizatı sahəsindəki çağırışların həllinə imkan verir. Sərgi çərçivəsində şirkət nümayəndələri bir-biri ilə əlaqə qurur. Bəziləri artıq hər il bu tədbirdə iştirak edir və tanış simalara çevriliblər, digərləri isə yenidir. Bu əməkdaşlıq imkanları bizim işimizin gedişatına müsbət təsir göstərir.

Burada metal borular təklif edən şirkətlər də var, tikinti işləri ilə məşğul olanlar da. Su təsərrüfatı sahəsinə aid metal konstruksiyalar və avadanlıqlar təqdim edən iştirakçılar da sərgidə yer alır. Bu müxtəliflik, sektorlararası əməkdaşlıq üçün böyük imkanlar yaradır.

 

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN