İnfrastruktur Layihələrində Su Problemləri və Ekoloji Həllər

İnfrastruktur Layihələrində Su Problemləri və Ekoloji Həllər

10 sentyabr 2025 0000

Tural Səmədov, Euroline ASC-nın Texniki şöbə müdiri

Biz bu sərgidə dəmir-beton materiallarımızı nümayiş etdiririk. Şirkət olaraq əsas fəaliyyətimiz tikinti sahəsini əhatə edir — yaşayış və ictimai binaların, eləcə də metal konstruksiyalı obyektlərin inşası ilə məşğuluq. Əsasən dövlət sifarişi ilə həyata keçirdiyimiz layihələr sırasında su və kanalizasiya sistemlərinin qurulması da xüsusi yer tutur. Pirşağı, Şəki kimi bölgələrdə su-kanalizasiya xətlərinin çəkilişini həyata keçirmişik.

Sərgidə iştirakımız bizə bu sahədə gördüyümüz işləri daha geniş auditoriyaya təqdim etməyə imkan verir. Burada dövlət qurumlarının nümayəndələri ilə yanaşı, digər tikinti şirkətləri, podratçı və subpodratçılarla da əlaqələr qurmaq mümkündür. Bu isə gələcək əməkdaşlıqlar və layihələr üçün real zəmin yaradır.

Ən mühüm məsələlərdən biri isə ekoloji baxımdan dayanıqlı layihələrin vacibliyidir. Bu gün dünya üzrə şirin su ehtiyatları sürətlə azalır. Gələcəkdə dəniz suyunun təmizlənərək texniki və məişət məqsədilə istifadə olunması artıq aktual məsələyə çevrilib.

Məhz bu kimi sərgilər bu problemlərin müzakirə olunması, yeni texnologiya və yanaşmaların paylaşılması, həmçinin davamlı həll yollarının axtarışı baxımından çox önəmlidir. Belə tədbirlər yalnız şirkətlərin tanıdılması üçün deyil, həm də sənayenin inkişafına və ekoloji şüurun formalaşmasına xidmət edir.


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN