Tural Orucov, şöbə müdiri, QUBA KONSERV ZAVODU MMC
"Su təsərrüfatı" beynəlxalq sərgisinə həmkarlarımla gəlmişəm. Zavodlarımızda içməli sudan istifadə edirik, buna görə də bu tədbir yeni məhsulların axtarışında bizə kömək edəcək. Elə pavilyonun girişində kabellərin çəkilməsi üçün zəruri olan maşınları gördüm. Mən Bakı Ekspo Mərkəzində keçirilən sərgilərdə tez-tez qonaq oluram. Sərgilərin təşkili sayəsində daimi tərəfdaşlar, eləcə də istehsalçı şirkətlər tapa bilmişəm. Bundan əlavə, beynəlxalq sərgilər əvvəllər haqqında məlumatımız olmayan məhsullarla tanış olmaq üçün şərait yaradır. Onlar adi reklamların edə bilmədiyini edir. Sərgilərin həyata keçirilməsi sayəsində göstərilən xidmətlərin keyfiyyəti yüksək səviyyədə olacaq, bu isə o deməkdir ki, Azərbaycanımız çiçəklənəcək.
İçməli su qıtlığı, təəssüf ki, qlobal böhran təhlükəsi yaradır. Bütün bunlar ona görədir ki, istehlakçılar sudan səmərəsiz istifadə edirlər. Ancaq bu həmişə belə olmayıb. Mən rayonda doğulub böyümüşəm. Hər yerdə təmiz və dadlı su bulaqları var idi. Və bir gün suyu mağazadan almalı olacağımı heç təsəvvür etmirdim. Şüşələrə doldurulmuş süzülmüş su yerli sakinlər arasında anlaşılmazlıqlara səbəb oldu. İndi demək olar ki, hər kənd evində iri plastik qablar var. Bütün bunlar içməli suyun çatışmazlığından xəbər verir. Prosesi dayandırmaq üçün mümkün qədər tez-tez bu sərgi kimi maarifləndirmə tədbirlərini keçirmək lazımdır.