Bütün dünyanın təmiz içməli suya ehtiyacı var
13 mart 2024
0000
Ekin Berke Eleman, ixrac üçün regional satış meneceri, SUPERLIT
Şirkətimiz beynəlxalq standartların tələblərinə uyğun olaraq təzyiqli və təzyiqsiz şüşə lifli boruların (GRP) istehsalı və satışı ilə məşğuldur.
Bu borular aşağıdakı seçimlərdə istifadə olunur: təmiz və içməli su, suvarma, su elektrik stansiyaları, kanalizasiya sistemi, yağış suları, suyun təmizlənməsi, dəniz suyunun yığılması və boşaldılması, su saxlama sistemləri, eləcə də xəndəksiz texnologiyalar.
"Su təsərrüfatı" beynəlxalq sərgisi haqqında məlumat aldıqdan sonra biz konsaltinq şirkətlərini tapmaq və Azərbaycan bazarına daxil olmaq üçün bu sərgini ziyarət etmək qərarına gəldik. Bizim üçün fərqi yoxdur, bunlar istər Türkiyə, istərsə də Azərbaycan şirkətləri ola bilər. Həmçinin dövlət qurumlarının nümayəndələri ilə görüşməyi planlaşdırırıq.
Beynəlxalq miqyaslı sərgilər həm böyük şirkətlər, həm də kiçik sahibkarlar üçün vacibdir. Bu və ya digər sənayenin nəhəngləri bir meydançada toplanır. Yeni məhsullar almaq və mühüm uzunmüddətli müqavilə bağlamaq imkanı yaranır.
"Su təsərrüfatı" sərgisinə gəlincə, ümid edirəm ki, bu sərgi ənənəvi olacaq. Heç kimə sirr deyil ki, dünyanın hər yerində su problemi var. Ona görə də bəşəriyyət su “aclığı” təhlükəsinə qarşı gəlmək, içməli suyun düşünülməmiş sərfinə qarşı mübarizə aparmaq üçün bütün bilik və gücünü birləşdirməlidir.
İndi Azərbaycan bütün səylərini Qarabağın bərpasına yönəldir. Su ehtiyatlarına da təsir edən layihələr həyata keçirilir. Buna görə də bu tədbir təkcə ölkə üçün deyil, bütün region üçün iqtisadi cəhətdən vacibdir.