Bakı Su Həftəsi: ətraf mühitin mühafizəsi üzrə regional və qlobal məsələlərdə Azərbaycanın rolu
Bakı Su Həftəsi: ətraf mühitin mühafizəsi üzrə regional və qlobal məsələlərdə Azərbaycanın rolu
14 mart 2024 0000
Martın 14-də Bakı Ekspo Mərkəzində Bakı Su Həftəsi çərçivəsində keçirilən Beynəlxalq Su Təsərrüfatı Sərgisi başa çatıb. Bu tədbirlər həm Azərbaycan, həm də bütün dünya üçün iqtisadiyyatın və ekologiyanın prioritet sahələrini əhatə edib. Azərbaycanda ilk dəfə Bakı Su Həftəsi çərçivəsində təşkil olunan sərgi bu sahənin daha da inkişaf etdirilməsi, mövcud çətinliklərin və həllərin müzakirəsi, maraqlı tərəflərə yeni imkanların təqdim edilməsi məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin dəstəyi ilə keçirilib.
Tədbirin əsas məqsədi Qarabağdakı bərpa və yenidənqurma işləri fonunda ölkəmizə yeni texnologiyaların, avadanlıqların və investisiyaların cəlb edilməsi və su təchizatının gücləndirilməsi (bu, Azərbaycanda sənayenin daha da inkişafına kömək edəcək), həmçinin bu sahədə mühüm məsələlərin, yeni layihələrin və əməkdaşlığın müzakirəsi idi.
Sərginin açılışında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Bakı Su Həftəsinin iqtisadiyyatın bu sahəsinin inkişafına, ətraf mühitin mühafizəsinə və regionun ekologiyasına böyük təsir göstərdiyini xüsusilə qeyd edərək, ətraf mühitin mühafizəsi üzrə milli, regional və qlobal məsələlərdə Azərbaycanın mühüm rolunu vurğulayıb. Azərbaycanla yanaşı, iştirakçı şirkətlərin təmsil etdiyi ölkələr sırasına Avstraliya, Avstriya, Belorus, Belçika, Böyük Britaniya, Almaniya, Gürcüstan, Danimarka, İsrail, Qazaxıstan, Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları, Türkiyə, Çexiya və İsveçrə daxildir.
Etibarlı su təchizatı Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Tədbir çərçivəsində aşağıdakı bölmələr təqdim olunub:
analiz və laboratoriya texnologiyaları;
borular və boru kəməri avadanlığı və məhsulları;
drenaj üçün avadanlıqlar;
hidrotexniki qurğular;
içməli suların emalı;
konsaltinq xidmətləri;
su təchizatı və kanalizasiya;
suvarma sistemləri;
su təchizatı və su təsərrüfatında inşaat və qazma texnikası və avadanlığı;
su sahəsində ölçmə, tənzimləmə və nəzarət texnologiyaları;
su təsərrüfatı obyektlərinin layihələndirilməsi və tikintisi;
informasiya və kommunikasiya texnologiyaları;
su təsərrüfatında təhsil, elmi araşdırmalar;
elmi-tədqiqat institutları;
suyun duzsuzlaşdırılması texnologiyaları;
tullantı və yağış sularının axıdılması və emalı sistemləri.
Beynəlxalq Su Təsərrüfatı Sərgisi zamanı bir sıra mühüm məsələlər müzakirə olunub, sərginin təqdimat zonasında "Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının su ehtiyatları və yenidənqurma işləri" mövzusu daxil olmaqla, panel müzakirələri aparılıb. Ənənəvi olaraq, sərgilər çərçivəsində ikitərəfli işgüzar görüşlər (B2B və B2G) keçirilib. Burada yerli və xarici şirkətlərin nümayəndələri gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər. Bu görüşlər çərçivəsində özəl şirkətlərin nümayəndələri dövlət qurumlarının təmsilçiləri ilə görüş imkanı əldə ediblər.
Ziyarətçilərin fikrincə, yüksək təşkilati səviyyədə keçirilən bu sərgi sənaye peşəkarlarını maraqlandıran məhsullarla tanış olmaq üçün optimal şərait yaradıb. Bu cür tədbirlərin keçirilməsi sayəsində su təchizatı sahəsində göstərilən xidmətlərin keyfiyyəti əhəmiyyətli dərəcədə artacaq ki, bu da bütün ölkənin çiçəklənməsinə kömək edəcək.
Sərginin qızıl sponsorları "Acwa Power", "AgroFoodInvestment", "Geo SU Group", "Hidroloq" MMC, gümüş sponsorları "IDE Technologies", "Körpü Bina Tikinti", "Coca-Cola", bürünc sponsorları "Kolin İnşaat", "Özgün İnşaat", "Qarabağ-ER" və "Aztəsərrüfat" MMC şirkətləri; tədbirin konsaltinq tərəfdaşı "Mekorot" şirkəti olmuşdur. Bu mühüm şirkətlərin iştirakı tədbirin əhəmiyyətinin əyani göstəricisi idi.