Vüsal Poladov, Azərsun Holding-in Ətraf mühiti üzrə mühəndisi
Baku Water Week sərgisində iştirakımızın əsas səbəbi fəaliyyət göstərdiyimiz qida və qeyri-qida sənayesi sahəsində çirkab suların təmizlənməsi və təkrar istifadəsi ilə bağlı gördüyümüz işləri təqdim etməkdir.
Hazırda Azərsun Sənaye Parkında icra mərhələsində olan çirkab suların təmizlənməsi qurğularının maketini stendimizdə nümayiş etdiririk. Layihə hələ planlaşdırma mərhələsində olsa da, onun həm texniki, həm də ekoloji baxımdan nə qədər əhəmiyyətli olduğunu göstərmək istəyirik.
Əslində, bizi yalnız suyun təmizlənməsi prosesi maraqlandırmır. Ən önəmlisi bu suyun sonrakı taleyidir: necə istifadə olunacaq, hara yönləndiriləcək, hansı məqsədlərə xidmət edəcək? Biz inanırıq ki, təmizlənmiş suların təkrar istifadəsi — gələcəyin əsas strategiyalarından biri olmalıdır.
Missiyamız ondan ibarətdir ki, həm dövlət, həm də özəl təşkilatlarla birlikdə işləyərək, mövcud və planlaşdırılan layihələri paylaşaq, fikir mübadiləsi aparaq və birgə əməkdaşlığa zəmin yaradaq. Sərgi bunun üçün ən gözəl məkandır.