Azərkimya: Sərginin Əsas Məzmunu

Azərkimya: Sərginin Əsas Məzmunu

12 sentyabr 2025 0000

Fəyyazil Yusifov, “Azərkimya” İstehsalat Birliyinin texniki şöbəsinin rəhbəri
 

Məni sərgiyə gətirən əsas səbəb su təmizləmə sahəsində layihələr və innovasiyalarla tanış olmaq istəyi idi. “Azərkimya” İstehsalat Birliyi SOCAR – Azərbaycan Dövlət Neft Şirkətinin tərkibində fəaliyyət göstərən bir müəssisədir. Hal-hazırda müəssisəmizdə suyun təmizlənməsi, soyudulması, kanalizasiya sistemləri və digər qurğular fəaliyyət göstərir. Lakin biz texniki baxımdan daim inkişaf edirik. Müəssisədə mövcud sistem və qurğuların modernləşdirilməsi və yenilənməsi istiqamətində işlər aparılır. Hətta hazırda maliyyələşdirilmiş və icrasını gözləyən layihələrimiz var, bəziləri isə büdcənin təsdiqlənməsi mərhələsindədir. Bizə “açar təslim” həllər və sonrakı servis xidməti təklif edən şirkətlər lazımdır.

Məhz bu layihələrin reallaşdırılması və su təchizatı ilə su təmizləmə sahəsində ən müasir, qabaqcıl həllərin axtarışı məqsədilə bu sərgidə iştirak edirik. Hal-hazırda tender paketi formalaşdırırıq və şirkətləri bu prosesdə iştirak etməyə dəvət edirik.

Sərgi çərçivəsində mütəxəssislərimiz bir sıra maraqlı şirkətlərlə görüşlər keçirdi, onların texnologiya və həlləri diqqətimizi çəkdi. Biz qərara gəldik ki, onlara tələblərimizi və layihə həcmlərimizi təqdim edək. Əgər bu tələbləri qarşılayacaq imkanlara malikdirlərsə, perspektiv addımlar atılacaq.

Bakı Su Həftəsinin təşkilatçılarına və bu işə töhfə verən hər kəsə xüsusi təşəkkürümü bildirmək istərdim. Eyni zamanda sərgi iştirakçılarına da müraciət etmək istərdim. Mənim fikrimcə, bəzi şirkətlər stendlərinin dizaynına daha yaradıcı yanaşa bilər və stend səviyyəsində şirkətləri haqqında daha çox məlumat təqdim edə bilərdilər. Bu, ziyarətçilərin cəlb olunması baxımından vacibdir.

Həmçinin qeyd etmək istərdim ki, sərgi özü bu sahəyə və qarşıda duran problemlərə diqqətin cəlb olunmasında böyük rol oynayır. Sərginin işgüzar proqramı da kifayət qədər zəngindir və vacib məsələləri gündəmə gətirir. Bu məsələlərin sərgi pavilyonlarında qalması yox, sərgidən kənara çıxaraq real həllini tapması çox vacibdir.

 

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN