İqor Şaulov, "G5 GROUP" şirkətinin layihə meneceri
"G5 GROUP" çox sayda xarici şirkəti təmsil edir və onların Azərbaycan bazarına çıxmasına kömək edir. Məsələn, "Su təsərrüfatı" beynəlxalq sərgisində biz su sektorunda böyük oyunçular olan "MEKOROT", "IDE", "AMIAD" və s. kimi İsrail şirkətlərini təmsil edirik. Bu gün biz təkcə layihələr həyata keçirmirik, həm də Azərbaycanın su sektoru haqqında anlayış əldə etmək üçün tədqiqat işləri aparırıq.
Sərgi sayəsində mövcud münasibətləri möhkəmləndirməyi və yerli su sektorunun inkişafı üçün yeni imkanlar tapmağı planlaşdırırıq. Əminik ki, bu sərgi su sektorunda təhlükəsizliyimizi təmin edə və onun inkişafına kömək edə biləcək böyük və maraqlı başlanğıc olacaq. Təşkilatçılara göstərdikləri kömək və anlayışa görə minnətdarıq. Peşəkar dəstək hər zaman vacib, aktual və faydalıdır. Ümumiyyətlə, gələcəkdə bu cür tədbirlərin keçirilməsinə şad olarıq.