6-cı Xəzər Su İnnovasiya Forumu
10 sentyabr 2025
0000
12 sentyabr - “Baku Water Week”in 3-cü günü tədbirin qızıl sponsoru olan “AquaLink Azərbaycan” şirkətinin təşkilatçılığı ilə 6-cı Xəzər Su İnnovasiya Forumu keçiriləcəkdir. Bu məqam Bakı Su Həftəsinin regionda su təsərrüfatı sahəsində əsas görüş, əməkdaşlıq, eləcə də innovasiyalar və beynəlxalq dialoq platformasına çevrildiyini bir daha təsdiqləyir.
“Suya dəyər qatırıq” şüarı ilə təşkil olunacaq bu forum zamanı da sahə ilə bağlı mühüm mövzular gündəmdə olacaqdır. Forum çərçivəsində dörd əsas panel müzakirəsi baş tutacaq: qabaqcıl su texnologiyalarının tətbiqi, ətraf mühitin qorunması texnologiyaları və təcrübələri, təkrar emal etmə texnologiyalarının əhəmiyyəti, və suyun idarə olunmasında innovativ yanaşmalar. Foruma Dövlət Su Ehtiyatları Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi kimi dövlət qurumları ilə yanaşı, 10-dan çox ölkəni təmsil edən beynəlxalq şirkətlər və ölkənin aparıcı elm və təhsil müəssisələrinin nümayəndələri qatılacaq.