Sentyabrın 12-də, “Baku Water Week”in üçüncü günündə, tədbirin qızıl sponsoru olan “AquaLink” şirkətinin təşkilatçılığı ilə 6-cı Xəzər Su İnnovasiya Forumu keçirildi.
Forumun proqramı dörd panel müzakirəsindən ibarət idi: “Su istifadə sahəsində qabaqcıl texnologiyaların tətbiqinin üstünlükləri”, “Ətraf mühitin mühafizəsi üçün texnologiyalar və üsullar”, “Emal texnologiyaları və onların əhəmiyyəti” və “Su ehtiyatlarının idarə olunmasında innovativ texnologiyaların tətbiqi”.
Tədbirdə Dövlət Su Ehtiyatları Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və ondan çox ölkədən beynəlxalq şirkətlər iştirak etdilər.