2-ci Beynəlxalq Su Təsərrüfatı Konfransı - Gələcək üçün su: su qıtlığından strategiyaya doğru
10 sentyabr 2025
0000
“Baku Water Week 2025”in 2-ci günü - 11 sentyabr tarixində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin təşkilatçılığı ilə keçiriləcək 2-ci Beynəlxalq Su Təsərrüfatı Konfransı aktuallığı ilə diqqət çəkir. Bakı Ekspo Mərkəzində baş tutacaq konfrans çərçivəsində ötən il olduğu kimi bu il də müvafiq dövlət qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri, özəl şirkətlərin rəhbərləri, eləcə də sahə üzrə aparıcı yerli və beynəlxalq ekspertlərin iştirakı ilə geniş və zəngin proqram təqdim olunacaqdır. 2-ci Beynəlxalq Su Təsərrüfatı Konfransında 10-a yaxın ölkədən 40 məruzəçi çıxış edəcəkdir.
Konfrans zamanı “Su idarəetməsində liderlik: Regional və qlobal perspektivlər” mövzusunda plenar sessiya, “Su strategiyaları: İnfrastruktur və rəqəmsallaşdırma”, “Alternativ su mənbələrinin idarəedilməsində innovativ yanaşmalar”, “Su diplomatiyası: Sərhədləri aşan əməkdaşlıq”, “Su ehtiyatlarının davamlılığı: elm və innovasiyanın rolu” adlı panel müzakirələri keçiriləcəkdir.