Yeni və innovativ ideyalara əsaslanan startap layihələri sürətlə inkişaf edərək bazarda inqilabi dəyişikliklərə səbəb olur. Bu layihələr əsasən texnologiya və elm sahələrinə yönəlib. Belə layihələrin əsas üstünlükləri innovativ yanaşma, çeviklik, yeni iş yerlərinin yaradılması, maliyyə resurslarına çıxışın genişləndirilməsi və sosial dəyişikliklərə töhfə verməkdir.
2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı - "Baku Water Week" çərçivəsində "HydroTech Solutions" 2025 adlı xüsusi startap zonasının qurulması nəzərdə tutulub. Bu zona startapçılara su və ətraf mühit sahəsində aparıcı şirkətlərə və digər maraqlı tərəflərə innovativ həllərini və strategiyalarını təqdim etmək üçün unikal imkan yaradacaq. İştirakçılar su təchizatı, suyun təmizlənməsi, su ehtiyatlarının idarə olunması, hidroenerji və dayanıqlı texnologiyalar sahəsində layihələrini nümayiş etdirə biləcəklər.
Bundan əlavə, startap iştirakçıları sərgi çərçivəsində öz layihələrini təqdim etməklə yanaşı, B2B görüşlərdə də iştirak etmək imkanı əldə edəcəklər.